Bütün xəbərlər
Sumqayıt yarandığı dövrdən uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib -SUMQAYIT-70
Tarix: 03-09-2019 03:12 | Bölmə: Reportaj


Avqustun 2-də Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gənc Müəllimlər Şurasının üzvüləri, 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və üzvüləri iştirak ediblər. Tədbir Saray qəsəbəsindəki 2 nömrəli sağlamlıq imkanları məhdud  uşaqlar üçün Sosial Xidmət Müəssisəsində baş tutub.

                                

Çıxış edən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Təhsil Şöbəsinin metodisti Cəmilə Fəyyaz qeyd ediblər ki, 2019-cu ildə Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib.
1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin üzvüləri "Əbədi gənc Sumqayıt" musiqili ədəbi-bədii kompozisiyaları ilə tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıblar.Sonra Sosial Xidmət Müəssisəsinin sakinləri tərəfindən nümayiş etdirilən şeir, rəqs, mahnılar hər kəsin ürəyincə olub. 
   Sonda Sosial Xidmət Müəssisəsinin sakinlərinə hədiyyələr təqdim edilib.
Namiq Məmmədli
Sabaha-inamla.Az














Baxış sayı: 1 471


Bölməyə aid digər xəbərlər