Bütün xəbərlər
Şeyxülislam Allahşükür Paşazadə Məkkədə muzeyi də ziyarət edib
Tarix: 31-08-2019 01:47 | Bölmə: Reportaj


Şeyxülislam Allahşükür Paşazadə həzrətləri 29 avqust 2019-cu il tarixində rəsmi görüşlərlə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət edib. Məkkə şəhərində ziyarət olunan muzeydə müsəlman dünyası üçün müqəddəs sayılan tarixi əşyalar qorunmaqdadır. Şeyxülislam həzrətləri Məkkənin məhşur astrofizika rəsədxanasında Ayı, ulduzları, planetləri öyrənən son model cihazlarla və astrofizik muzeylə də tanış olub.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentlikləri Şeyxülislam Allahşükür Paşazadənin səfərini mətbuat səhifələrində işıqlandıraraq, bu cür əhəmiyyətli görüşün iki ölkəyə və müsəlman dünyasına böyük töhfələr verdiklərini qeyd ediblər. Ziyarət zamanı Kral sarayının müşaviri Səudiyyə Ərəbistanının böyük alimlər Şurasının üzvü Şeyx Səd Nasir əş-Şisri Şeyxülislam həzrətlərini müşayət edib.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az











Baxış sayı: 978


Bölməyə aid digər xəbərlər