Bütün xəbərlər
Şeyxülislam Allahşükür Paşazadə Məkkə şəhərində İslam Aləmi Liqasının Baş katibinin müavini ilə görüşüb
Tarix: 30-08-2019 14:48 | Bölmə: Reportaj


Sabaha-inamla.Az xəbər verir ki, Avqustun 29-da Şeyxülislam Allahşükür Paşazadə həzrətləri mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Məkkə şəhərində yerləşən İslam Aləmi Liqasının Baş katibinin müavini Dr.Əbdül-Rəhman Əl-Zaid ilə görüşüb. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud münasibətlərin bütün sahələrdə inkişaf etdiyindən məmnunluğunu ifadə edən Allahşükür Paşazadə SƏK-in MDB ölkələrinə dəstək olan ərəb dövlətlərindən biri olduğunu və bütün islam dünyasına daima köməklik göstərdiyini qeyd edib. Şeyxülislam Allahşükür Paşazadə Dr.Əbdül-Rəhman Əl-Zaidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını çatdırıraq, Baş katibi cari ilin 14-15 noyabr tarixində Bakı şəhərində keçiriləcək Dünya dini lidelərinin sammitinə dəvət edib.Səmimi şəraitdə baş tutan görüşdən məmnunluğunu bildirən Dr.Əbdül-Rəhman Əl-Zaid məmnuniyyətlə dəvəti qəbul edərək Bakıda keçiriləcək mötəbər tədbirdə işirak edəcəyini qeyd edib.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Həcc və Ümrə nazirliyində görüş keçirilib. Həcc və ümrə nazirinin müavini Dr. Abdul Fattah Mashat  Şeyxülislam həzrətlərini salamlayaraq bu cür ali qonağın ölkələrində səfərdə olduğundan qürur duyduğunu qeyd edərək, aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaratdığını bildirib. Nazir müavini Həcc ziyarəti zamanı Məkkədə 5000 hotelin, 350000 hökümət işçisinin zəvvarlara xidmət etməsini dilə gətirərək, hər 8 zəvvara 1 işçinin düşdüyünü, bunun da ziyarət zamanı zəvvarların rahatlığına və təhlükəsizliyinə hesablandığını bildirib. Onu da vurğulayıb ki, hər il olduğu kimi bu il də bütün zəvvarlar rahat formada ölkəyə daxil olub, geri qayıda biliblər.             Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də öz növbəsində nazir müavini səmimi salamlamış, Azərbaycanda mövcud olan dini vəziyyətdən, dini dözümlülük və tolerantlıq, multikultural dəyərlərə nümunə olan ölkəmiz barəsində ətraflı danışmışdır. Sovet dövründə Azərbaycanda yalnız fəaliyyət göstərən 17 məscid olduğu halda, bu gün 2000-ə yaxın məscidin inanclıların öhdəsində olduğunu, bunun ölkə başçısı cənab İlham Əliyevin siyasətinin bariz göstəricisi olduğunu dilə gətirib. Sonda Şeyxülislam həzrətləri Dr. Abdul Fattah Mashatı -15 noyabr 2019-cu il tarixində Bakı şəhərində keçiriləcək Dünya dini lidelərinin sammitinə dəvət edib. Səmimi şəraitdə baş tutan görüşdə qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini yüksək qiymətləndirən Dr. Abdul Fattah Mashat məmnuniyyətlə dəvəti qəbul edərək Bakıda keçiriləcək mötəbər tədbirdə işirak edəcəyini qeyd edib.
Sabaha-inamla.Az






Baxış sayı: 648


Bölməyə aid digər xəbərlər