Bütün xəbərlər
Müşfiq Rəhimovun yerinə o gətirildi
Tarix: 21-08-2019 17:27 | Bölmə: Reportaj


Müşfiq Rəhimovun yerinə o gətirildiSiyasət

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.
O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.
Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.


Baxış sayı: 830


Bölməyə aid digər xəbərlər