01:22 / 16-09-2019
TƏBRİK EDİRİK!
Deputatın saxlanılan qardaşı oğlu kimdir? - Foto
Tarix: 20-08-2019 01:27 | Bölmə: Reportaj

                      Deputatın saxlanılan qardaşı oğlu kimdir?



Xəbər verdiyimiz kimi, “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.
“Qafqazinfo” millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı ilə bağlı bəzi məlumatları əldə edib.
Belə ki, Orxan Çingiz oğlu Nərimanlı 1995-ci ildə Bakıda anadan olub. O, 2012-ci ildə Bakıda 70 saylı məktəb liseyini bitirib. 2017-ci ildə isə Türkiyədə Sabançı Universitetinin məzunu olub. 
Orxan Nərimanlı ali təhsilini başa vurduqdan dərhal sonra 22 yaşında Lerikin Piran kəndində yerləşən “Lebro” MMC-nin direktoru təyin olunub. “Lebro” MMC-yə gəldiksə isə, bura Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir.
Qeyd edək ki, İqbal Məmmədov hadisə ilə bağlı yaydığı açıqlamada “Relax” istirahət mərkəzininin rəhbərinin qardaşı olduğunu bildirib. Bu şəxs isə Orxanın atası Məmmədov Çingiz Nəriman oğludur.

                   


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər