Bütün xəbərlər
Milli Mənəvi Dəyərlərimizə Dəstək ictimai birliyi "Doğma Azərbaycanım" adlı maarifləndirici layihəyə başlamışdır
Tarix: 19-08-2019 18:17 | Bölmə: Reportaj

Milli Mənəvi Dəyərlərimizə Dəstək ictimai birliyi "Doğma Azərbaycanım" adlı maarifləndirici layihəyə başlamışdır. Təşkilatdan verilən məlumata əsasən layihənin əsas məqsədi Azərbaycan tarixini, respublika ərazisində yerləşən dini-tarixi abidələri eyni zamanda Azərbaycan xalqının və dövlətinin milli-mənəvi və milli-maddi dəyərlərinə sahib çıxmasını cəmiyyətə çatdırmaq və təbliğ etməkdir. Bu layihə çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən tarixi əhəmiyyətə malik 50 dini abidə haqqında qısametrajlı filmin çəkilməsi və kitabın nəşr olunması nəzərdə tutulmuşdur. Doğma Azərbaycanım layihəsinin başqa bir özəlliyi də ondan ibarətdir ki, burada müxtəlif bölgələrdən olan 50 gəncin iştirakı gözlənilir. Qeyd edək ki, layihənin ideya müəllifi təşkilatın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, layihə rəhbəri isə təsisçilərdən olan Qorxmaz Paşayevdir.
Sabaha-inamla.Az


Baxış sayı: 1 422


Bölməyə aid digər xəbərlər