23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Əsl Allah adamı -TƏBRİK EDİRİK!
Tarix: 18-08-2019 17:06 | Bölmə: Reportaj

   Nehrəm tarixi kənddir. 1885-ci ildə burada ilk dünyəvi məktəb açılmışdır. Nehrəm kəndi 1978-ci ildən Babək rayonunun inzibati ərazi vahidlərinə daxil olmuşdur. Xalq etimologiyası toponimin yaranma tarixini Nuh Peyğəmbər dövrünə aid edir. Yerli əhali arasında və bəzi mənbələrdə belə fikir əksini tapır ki, Nuh Peyğəmbər ilk dəfə Naxçıvan ərazisində (Gəmiqayada) yer üzünə çıxdığı zaman onun adamlarının məskən saldığı kəndlərdən biri də Nehrəm olmuşdur.XIX-XX əsrlərə aid rus tədqiqatçıları yazırlar ki, “Nehrəm” sözü “nəhr” sözü ilə əlaqədardır. Kənd Naxçıvançayla Əlincəçayın kəsişdiyi ərazidə, Araz çayının suyu bol olan hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. 
    Belə qənaətə gəlmək olar ki, kəndin adı “nehr” – böyük çay və “əm” – icma, cəmiyyət sözlərinin birləşməsindən ibarət olub, mənası “böyük arx və ya çay kənarında yaşayış məskəni” deməkdir. Nehrəm toponiminin nəhr-çay, su ilə bağlı olması fikrini kəndin relyef mövqeyi, üç çay arasında – Əlincəçay, Naxçıvançay və Araz çayının qovuşduğu vadidə yerləşməsi də təsdiqləyir.
     Həcc ziyarətinə getmək, orda qurban kəsib, namaz qılıb, dualar etmək hər adama nəsib, qismət olmur... Belə ağsaqqallardan biri də vətənpərvər, xyirxah, əməli saleh, nurani insan, dəyərli ziyalı, əsl Allah adamı Hacı Ədalət Rzayevdir.
Avqust ayının 15-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuş Rzayev Ədalət Rza oğlunun 70 yaşı tamam oldu. Onu yubileyi münasibətilə, övladları, qohum-əqrabası, dostları, yaxınları səmimi qəlbdən təbrik edirlər.  Ona can sağlığı, uzun ömür arzulayırlar. Deyirlər ki, Allah-tala dualarını qəbul etsin. Allahın nəzəri hər zaman üstündə olsun.100 il ömür yaşasın!
    Bu təbrikə Sabaha-inamla.Az xəbər portalının rəhbərliyi və Şiraslan Orucov da qoşulur. 
Sabaha-inamla.Az






Baxış sayı: 1 985


Bölməyə aid digər xəbərlər