20:43 / 21-08-2019
Xalq artisti vəfat edib
Sumqayıt bulvarında genişləndirmə işlər sürətlə aparılır - VİDEO
Tarix: 09-08-2019 00:08 | Bölmə: Reportaj


Hazırda 4,2 kilometr uzunluğunda və 106 hektar olan bulvarın ərazisi daha bir kilometr genişləndirilir.
Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.Yeni ərazidə  çimərlik zonası salınacaq, 292 ədəd istirahət otağının da inşa edilməsi planlaşdırılır.
Bununla yanaşı,  genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək.
                                  
Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
Xatırladaq ki, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.
Bulvar ərazisində tikilməkdə olan Muğam Mərkəzində də işlər sürətlə aparılır.
sumqayitxeber.com Bulvardan hazırlanmış video reportajı təqdim edir:




Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər