Bütün xəbərlər
Məşhur istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayıb
Tarix: 31-07-2019 12:14 | Bölmə: Reportaj


                       Məşhur istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayıb

Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənməyə görə məsuliyyətə cəlb edilən “Hope Lake” istirahət mərkəzinin rəhbəri Elman Yüzbaşevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Elbrus Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 14-ə təyin edilib.
Qeyd edək ki, ötən il 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə və daha 3 nəfər zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.  Məlum olub ki, Zaqatala RMX-nin yoluxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər “Hope Lake” ailəvi istirahət mərkəzində olublar və orada qidalanıblar. 
Cinayət işi üzrə 10 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Mərkəzin rəhbəri Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham edilir. İstintaqa cəlb edilən Elman Yüzbaşevin barəsində həbs qətimkan tədbiri seçilməyib.


Baxış sayı: 632


Bölməyə aid digər xəbərlər