Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının "Abşeronneft"NQÇİ ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirildi
Tarix: 25-07-2019 19:49 | Bölmə: Reportaj

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Sağlam gənclik sağlam nəsil deməkdir. Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.1996-cı ilin  fevral ayında  Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.
                        Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ümummilli lider  Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir. Ölkəmizdə gənclərə yüksək şəraitin  yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.  
25 iyul2019-cu il tarixində "Abşeronneft"NQÇİ ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirildi. Tərkibində 2 mindən artıq gənci birləşdirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının  228 nəfəri "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında təmsil olunur.
                        Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. " Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi  məqsədilə 30 avqust 2005-ci il tarixində  "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etməklə gənclərə dövlət qayğısının artırılmasını təmin etdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.
"2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə olunmuşdur.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün ölkəmizdə  yüzlərlə, minlərlədir.        15 sentyabr 2017-ci il tarixindəPrezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2017-2021-ci illər) təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur.

                        Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər"- deyə Hikmət Şikarov vurğuladı.
                        Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxışında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının gənclərin vətənpərvər ruhda böyüməsində böyük rolu olduğunu qeyd etdi.  O, bildirdi ki, gənclər üzərilərinə düşən məsuliyyəti dərk edir və onlara göstərilən etimadı doğruldurlar.
                        Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ  ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov çıxış edərək qeyd etdi ki,ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün də uğurla davam etdirilir.  Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.
Tədbirin sonunda 11 nəfər fəal gənc əlaqələndirici koordinator seçildi və bu görüşlərin digər ərazi ilk partiya təşkilatlarındada keçirilməsi qərara alındı.
Sabaha-inamla.Az




Baxış sayı: 758


Bölməyə aid digər xəbərlər