SUMQAYIT ŞƏHƏRİNİN 70 İLLİYİNƏ HƏSR EDİLMİŞ GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ”DAVAM EDİR
Tarix: 16-07-2019 01:46 | Bölmə: Reportaj

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərininQuba rayonunda keçirilən “Yay məktəbi”davam edir.Yay Məktəbinin məqsədi“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, şəhərin 70 illik yubileyinin layiqincə qeyd edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərini aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.Həmçinin “Yay Məktəbi”nin cari ildə də təşkil olunması barəsində şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 16 mart 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində gənclərlə görüşündə müraciət səsləndirilmiş və müsbət qarşılanmışdır.
12 iyul 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində “Yay məktəbi”nin növbəti turunda iştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Daha sonra Baş İdarənin rəisiElgün Hümbətov çıxış edərək Ölkə Başçısının, şəhər rəhbərliyinin,Gənclər və İdman Nazirliyinin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, yay məktəbinin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat vermiş, layihənin gənclərin bilikvəbacarıqlarının, artırılmasına təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd etmişdir.
“Yay Məktəbi”ndəşəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatları, şəhər təsərüfatında çalışan gənclər, mətbuat nümayəndələri, şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər vəBaş İdarənin könüllülülk fəaliyyətinəcəlb olunmuş gəncləriştirak etmişlər.
Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”nin iştirakçılarıQuba rayonun əsrarəngiz təbiəti ilətanış olmuş, “Mənzərə”düşərgəsindəisə gənclər arasında intelektual, əyləncəli oyunlar və sosiallaşma və motivasiya mövzularında təlimlərverilmiş, yemək və çay fasilələri təşkil edilmişdir.
Sonda Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Sabaha-inamla.Az







Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər