Bütün xəbərlər
Vitse-prezident: BHGE Azərbaycandakı layihələrdə aparıcı şirkətlərlə işləyir
Tarix: 29-06-2019 10:47 | Bölmə: Reportaj

                 

“BakerHughes, a GE company ” (BHGE) şirkəti 2017-ci ilin iyulunda “GE Oil & Gas” və “Baker Hughes” şirkətlərinin birləşməsi nəticəsində yaranıb.
Bunu Trend-ə özəl müsahibəsində şirkətin Rusiya və Xəzər regionu üzrə neft-mədən xidmətləri vitse-prezidenti Tommi Kassem deyib.
O bildirib ki, şirkət fəaliyyəti neft-qaz kompleksinin bütün seqmentlərini – hasilat və kəşfiyyat, nəqliyyat, neft emalı və neft-kimya sahələrini əhatə edən ilk və yeganə şirkətdir.
Vitse-prezident şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq ölkədə 1990-cı illərin əvvəllərindən işlədiyini deyib:
“Biz “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və TANAP da daxil olmaqla Xəzər şelfində və quruda bir sıra çətin layihələrdə geoloji kəşfiyyat, qazma, hasilat, nəqliyyat, karbohidrogenlərin mayeləşdirilməsi, sıxılması, emalı və saxlanması üçün neft-qaz avadanlıqlarının və xidmətlərinin tədarükçüsüyük. BHGE SOCAR, BP, “Total”, “Equinor” və “Caspian Drilling Company”nin etibarlı tərəfdaşıdır. Bu gün BHGE-nin Azərbaycandakı əməkdaşlarının sayı 300 nəfərdən artıqdır, onların 90 faizdən çoxu isə yerli kadrlardır”.
T.Kassem bildirib ki, şirkət SOCAR-la kəşfiyyat və hasilat seqmentində əməkdaşlıq edir:
“Biz SOCAR-la mədən əməliyyatlarında, şelfdə və quruda buruqların tikintisində birgə işləyirik. Şirkətimiz bir sıra perspektivli istiqamət üzrə əməkdaşlığın gələcək inkişafını nəzərdə keçirir. Nümunə olaraq mexanikləşdirilmiş hasilatı və produktiv təbəqələrin tədqiqini göstərə bilərik”.


Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər