İqtisadiyyat nazirinin qəbuluna gələn sahibkarlar ondan müalicə-kurort fəaliyyəti üçün lisenziya istəyib
Tarix: 21-06-2019 18:24 | Bölmə: Reportaj

                                  ​İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edib

Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib. 
Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağdamda Bərdə və Ağdam, Sahib Məmmədov isə Tərtər rayonunda Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşları qəbul ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, içməli və suvarma suyu ilə təminat, kənd yollarının təmiri və tikintisi, güzəştli kreditlərin, müalicə-kurort fəaliyyəti üçün lisenziyanın verilməsi, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, balıqçılıq, baramaçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.
Ümumilikdə qəbullarda 90-a yaxın vətəndaş müraciət edib.
Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev “Ağcəbədi-taxıl” aqroparkında olub, aparılan işlərlə yerində tanış olub. Ərazisi 3000 hektar olan aqroparkın 1500 hektarlıq ərazisində taxıl əkilib. Hər hektardan məhsuldarlıq 45-50 sentnerdir. Artıq aqroparkda 6 min ton buğda və 5 min ton arpa yığılıb. Hazırda isə taxıl biçini davam edir və biçilmiş sahədə dənli qarğıdalı əkini aparılır. Qeyd edək ki, aqroparkda 30 min tonluq taxıl anbarı var.












Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər