Bütün xəbərlər
Zakir Fərəcov sakinlərilə görüşdü – FOTO
Tarix: 21-06-2019 17:11 | Bölmə: Reportaj



Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində keçirib. Sakinlərlə keçirilən görüşdə onların təklif, müraciət və şikayətləri dinlənilib.
Görüşdə dam örtüklərinin vurulması, məhəllədaxili yolların asfaltlanması, çoxmənzilli yaşayış binalarının istiliklə təmin olunması və digər məsələlər səsləndirilib.
Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Vurğulanıb ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Sumqayitxeber.com


Baxış sayı: 712


Bölməyə aid digər xəbərlər