Bütün xəbərlər
Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” adlı konfrans keçirildi
Tarix: 19-06-2019 18:28 | Bölmə: Reportaj


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 19 iyun 2019-cu il tarixində Gənclər Evində “Gənclər Azərbaycanın gələcəyidir” adlı konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və gənclərin dostu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən danışmışdır.Bildirildi ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Respublikamızda və Sumqayıtda uğurla icra edilir, ölkə başçısı və şəhər rəhbərliyi gənclərə xüsusi qayğı göstərir, onların problemləri ilə yaxından maraqlanır və həlli  istiqamətində mühüm işlər görülür, son illərdə isəSumqayıtda həyata keçirilən yenidən qurma və abadlıq işləri,inşa edilən obyektlər gənclərin hərtərəfli inkişafına yaradılan şərait yaradır.
Digər çıxış edənlər Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şəhər ağsaqqalı Sovet Şükürov, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüsü Nigar Qocayeva, Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva, Sumqayıt Dövlət Texniki Kolleci Tələbə gənclər təşkilatının sədri Məhbubə Məmmədova və Qarabağ Müharibəsi Əlilləri, Veteranları vəŞəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadəölkəmizdə son illər ərzində görülən işlərin nəticəsi olaraq şəhərimizin xüsusi zövq oxşayan görkəm qazanmasından, şəhər sakinlərinin eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən, uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışlar.
Tədbirdə gənclərin fikirləri dinlənilmiş, səsləndirilmiş suallar cavablandırılmışdır.
Sabaha-inamla.Az










Baxış sayı: 828


Bölməyə aid digər xəbərlər