Bütün xəbərlər
Şeyxin 70 illik yubileyi ilə bağlı Sumqayıt şəhər "Cümə" məscidində tədbir keçirilib
Tarix: 16-06-2019 17:56 | Bölmə: Reportaj









Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik və Şeyxülislam olmağının 40 illiyi ilə bağlı Sumqayıt şəhər "Cümə" məscidində tədbir keçirilib.Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin ictimasi-siyasi şöbəsinin müdir müavini Fərman Kazımov çıxış edərək Şeyxin Vətən qarşısında olan xidnmətlərindən, Ulu öndərin, ölkə Prezidenti İlham Əliyev cənablarının ona olan qayğısından və hörmətindən danışıb.
                              
Sumqayıt şəhər "Cümə" məscidinin imamı Hacı Rauf Sərdarov çıxışında belə deyib: " Bu gün bayram bayrama qarışıb. Milli qurtuluş gününün 26-cı ildönümüdür. Heydər Əliyevin o vaxtı Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarıb. O vaxt elə zamanə idi din xadimlərinə salam vermirdilər. Dini təbliğatın aparılmasında çox çətinlik çəkirdilər. Bu gün bəzi insnalar sosial şəbəkələrdə rahat şəkildə lazım olmayan ifadələr işlədirlər. Sovetlər dönəmində Qafqaz Müsəlmanları İdarəsinin və 17 məscidin yaşamasına səbəb Şeyx həzrətləridir. O, çox əziyyətlər çəkib. Bu yaxınlarda dövlət başçısının təşkil etdiyi iftar süfrəsində idik. Dövlət başçısı belə bir ifadə işlətdi ki, Azərbaycanın müstəqilliyinin qarantında iki şəxs Heydər Əliyev və Şeyx həzrətləri durub".
Hacı Rauf Sərdarov Şeyx həzrətlərinə uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıb!
Tədbirdə Sumqayıt ziyalıları, ilahiyyatçı-alimlər, din adamları, Azərbaycandakı məscidlərin imamları iştirak ediblər.
Qeyd edək ki, tədbirdə Şeyx haqqında ən yaxşı məqalə yazan jurnalistlər-müsabiqə qalibləri mükafatlandırılıblar!

Namiq Məmmədli
Sabaha-inamla.Az































Baxış sayı: 1 043


Bölməyə aid digər xəbərlər