Bütün xəbərlər
"Muğam-2019" Televiziya müsabiqəsinin qalibləri məlum oldu
Tarix: 16-06-2019 16:01 | Bölmə: Reportaj

Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə "Muğam-2019" Televiziya müsabiqəsinin finalı olub. Finalda 8 nəfər öz muğam ifaları ilə məharətlərini göstəriblər. Münsiflər heyətinin üzvüləri xalq artistləri Əlibaba Məmmədov, Adif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov,
                                  ]
Mələkxanım Əyyubova və Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi muğam ifaçılarının ifalarını qiymətləndiriblər. Xəyal hüseynov, İlahə Rüstəmova 1-ci yerin, Murad Rüstəmzadə, Mübariz Qurbanzadə, Zülfiyyə Cəbrayılzadə 2-ci yerin, Vəliş Mirzəyev, Rəvan Kaçayev,Faiq Əkbərov 3-cü yerin qalibi olublar.
Sabaha-inamla.Az saytı da qalibləri təbrik edir, onlara uğurlar arzulayırlar!
Namiq Məmmədli
Sabaha-inamla.Az










Baxış sayı: 898


Bölməyə aid digər xəbərlər