Bütün xəbərlər
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçirildi
Tarix: 08-06-2019 19:09 | Bölmə: Reportaj



Bu gün “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən "Hilton" otelində Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Sağlam Gələcək, Sağlam Gənclik!” adlı layihə çərçivəsində baş tutub.
Forumun keçirilməsinin məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir. Forumda aidiyyatı üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçirilib. Panellər 3 əsas qrupda “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi / çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” mövzuları ətrafənda müzakirələr olub..
Forum çərçivəsində yeni yaradılmış www.saglamqida.azsaytı təqdim olunub. Saytda davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanlar və ondan xilas olmağın yolları, asudə vaxtlarının səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar yerləşdiriləcəkdir. Eyni zamanda yeni “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab təqdim olunub. Bu kitab da həmçinin, cəmiyyətimizə, xüsusilə də gənclərə sağlam həyat tərzinin formalaşdırılmasında, qida və qida təhlükəsizliyi haqqında, qatqı maddələri, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmənin üsulları və müasir dövrümüzün genetik silahı hesab olunan geni dəyişdirilmiş orqanizmlər – GDO barədə geniş maarifləndirici məlumatlar əldə etməkdə yardımçı olacaqdır.
Forumda Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnistitutunun, Səhiyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatı nümayəndələri, “Sağlam Qida” könüllüləri və tələbələr iştirak ediblər. Çıxşı edən Form iştirakçıları sağlam gələcəyin sağlam qidadan başladığını vurğulayıblar.
Kamran Orucov
Sabaha-inamla.Az




















Baxış sayı: 2 582


Bölməyə aid digər xəbərlər