Bütün xəbərlər
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İSPANİYANIN ALİKANTE UNİVERSİTETİNDƏ TƏLİMLƏRDƏ
Tarix: 06-06-2019 18:26 | Bölmə: Reportaj

03-07.06.2019 tarixində SDU əməkdaşları Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çəriçivəsində Alikante Universitetində təlimlərdə iştirak edirlər. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 11 Azərbaycan tərəfdaş universitetləri və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunurlar. Təlimin moderatorları Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin və Gillermo Bernabeu, Royal Texnologiya Universitetinin alimi Viktor  Kordas tərəfindən aparılırdı.
Təlim universitetlərin Avropa Standatrlarına uyğun SWOT təhlinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət indiqatorları (göstəriciləri), innovativ tədris-təlim və akreditasiya mövzularında təlimlərə həsr edilmişdir. Təlimlər qrup işi, müzakirə və təqdimatlarla aparılır. Təlimin sonuncu günü universitet kampusuna ziyarət nəzərdə tutulmuşdur.
Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Aynura Yəhyayeva, Proseslərin Avtomatlaşdırılması kafedrasının müdiri  professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak edirlər.
Sabaha-inamla.Az





Baxış sayı: 1 582


Bölməyə aid digər xəbərlər