Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində şəhid övladları üçün tədbir təşkil olunub
Tarix: 02-06-2019 01:37 | Bölmə: Reportaj

Ramin Quluzadə : "şəhid ailələri, övladları hər zaman Nazirliyin diqqət mərkəzindədir"

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzində şəhid övladları üçün tədbir təşkil olunub.
Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilib.
Nazir Ramin Quluzadə şəhid ailələri, övladları ilə görüşüb, onlarla söhbət edib. Bildirib ki, şəhid ailələri, övladları hər zaman Nazirliyin diqqət mərkəzindədir. Nazir bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyini qeyd edib.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri tədbir təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Sabaha-inamla.Az





Baxış sayı: 1 374


Bölməyə aid digər xəbərlər