"Gənclər narkomaniyaya yox deyir!" adlı tədbir keçirildi
Tarix: 23-05-2019 08:46 | Bölmə: Reportaj

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə "Gənclər narkomaniyaya yox deyir!" adlı tədbir keçirilmişdir. Anti narkotik qəbliğatının gücləndirilməsinə yönəlmiş bu tədbirdə Sabunçu rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi, polis mayoru Əli Babayev, 14-cü polis bölməsinin rəisi, polis-polkovnik leytinantı Zaur Məmmədov və həmin bölmənin baş inspektoru, polis mayoru Rafiq İsmayılov iştirak etmişdir. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniyanın fəsadları ilə bağlı təbliğat xarakterli video-çarx nümayiş etdirildi.
Sabaha-inamla.Az













Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər