Bütün xəbərlər
142 nömrəli məktəbdə Zahid Xəlillə görüş keçirildi
Tarix: 17-05-2019 07:34 | Bölmə: Reportaj


Şagirdlərin oxu bacarıqlarını, mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə uşaqların sevimlisi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı filoloq, alim, jurnalist, respublikanın əməkdar müəllimi Zahid Xəlillə görüş keçirilib. Akt zalı bayramsayağı bəzədilmişdi. Şagirdlər- bütün zal daxil olan qonaqları "Gözəl günlər" mahnısı ilə salamladılar. Məktəbin direktoru Gülnaz Abdullayeva qonaqları salamladı. Məktəbin müəllimi Hüseynova Məhəbbət Zahid Xəlilin həyat və yaradıcılığı haqqında məlumat verdi. Məktəbin 2a, 3ç, 4b, 7b sinif şagirdlərinin ifasında Zahid Xəlilin şeirləri səsləndi. Tədbirin sonunda Zahid Xəlil çıxış edərək vətənpərvər ruhlu xatirələrindən danışdı, öz şeirlərindən nümunələr söylədi və şagirdlərin suallarına cavab verdi.
Sabaha-inamla.Az



























































Baxış sayı: 1 144


Bölməyə aid digər xəbərlər