Bütün xəbərlər
Bilgəh qəsəbəsində "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib
Tarix: 14-05-2019 02:38 | Bölmə: Reportaj

                                    İbtidai sinifə şəhidin adı verilib
Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı Tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-cu il Fəaliyyət pıanının 3.1.9-cu bəndinə əsasən ümumtəhsil məktəblərində nümunəvi siniflərin qəhrəmanların adı ilə adlandırılması ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına  142 nömrəli tam orta məktəbin 3a sinifinə şəhid Akif Məhərrəmovun adı verilib.
"Qəhrəmanlar unudulmur" adlı tədbir Azərbaycan Respublikasının Dövlət himninin  sədaları ilə açıldı.
Məktəbin direktoru, Azərbaycan Respublikasının əməktar müəllimi Gülnaz Abdullayeva çıxış edərək tədbir iştirakçılarını salamladı.
Tədbirdə Sabunçu rayon icra hakimiyyətinin əməkdaşları Ədalət Teymurov, Ceyhun müəllim, Sabunçu rayon icra hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, şəhidin ailə üzvüləri Arif Məhərrəmov, Maarif Məhərrəmov, Kəmalə Məhərrəmova, Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin sədri Müşfiq Əliyev, "Sabaha inamla" qəzetinin baş redaktoru Namiq Məmmədli, şəhid Həmidağa Nağıyevin anası Qənirə Nağıyeva iştirak edirdi.
Vətənin müstəqilliyi, torpaqlarımıızn azadlığı uğrunda canından keçən neçə-neçə şəhidlərimiz var. Xalqımız öz şəhid övladlarını unutmur daim onları xatırlayır. Bugünkü tədbirimizin əsas qayəsini də elə bu təşkil edir. Məktəbin ən nümunəvi siniflərindən olan 3a sinifinə  şəhid Akif Məhərrəmovun adı verilir.
Bu gün üçüncülərə üzümü tutub deyirəm ki, Akif Məhərrəmovun adını daşıyan sinifdə təhsil almaq sizin məsuliyyətinizi bir qədər də artırır və üzərinizə böyük vəzifələr qoyur. Vətəni şəhidlərimiz kimi sevin.
Tədbirin iştirakçıları Akif Məhərrəmovun həyat və döyüş yolunu əks etdirən filmə baxdılar.
Tədbirdə çıxış edən şəhidin qardaşı Arif Məhərrəmov öz minnətdarlığını bildirib: "Şəhid hər kəsin doğması və əzizi deməkdir. Bu dəyərə, hörmət, izzətə, doğmalıq münasibətinə görə     Gülnaz xanıma, məktəb kollektivinə, tədbirdə iştirak edən icra hakimiyyətin əməkdalarına və digər qonaqlara öz minnətdarlığımı bildirirəm".  
Tədbirdə çıxış edən qonaqlar da çıxışlarında Akif Məhərrəmovla bərabər digər şəhidlərimizi də xatırlayıblar, ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan, şəhid adının həmişə uca tutulmasından danışıblar.
Tədbirdə 3a sinifinin ifasında döyüş ruhlu mahnılar və vətənə, şəhidlərə aid şeirlər ifa olunub.
Sonda şəhidin ailə üzvüləri tərəfindən 3a sinifinin nümunəvi şagirdləri mükafatlandırılıblar.
Namiq Məmmədli
Sabaha-inamla.az





























Baxış sayı: 825


Bölməyə aid digər xəbərlər