Bütün xəbərlər
Anar Bağırov: Ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub
Tarix: 10-05-2019 12:02 | Bölmə: Reportaj

                   


Azərbaycanda vəkilliyə böyük axın var, maraq böyükdür. Hətta dövlət orqanlarında işləyən gənclər də vəkilliyə qəbul üçün sənəd təqdim edirlər.
Trend xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, vəkillərin sayı artırılacaq və vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək.
A.Bağırov bildirib ki, ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub: "Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən daxil olub. Bəzi hallarda qərəzli məlumatlar yayılır ki, guya Azərbaycanda dövlət orqanlarının şikayəti əsasında vəkillərə qarşı təqib var, vəkillər xaric olunur və s. Vəkillər Kollegiyası hər hansı vəkili xaric etmək səlahiyyətinə malik deyil. Kollegiya bununla bağlı məhkəmədə yalnız iddia qaldırmaq səlahiyyətinə malikdir".
Kollegiya sədri qeyd edib ki, ötən il cəmi 6 vəkil Vəkillər Kollegiyasından xaric olub: "Onların 5 nəfəri 6 ay müddətdə üzrlü səbəb olmadan üzvlük haqqı ödəmədiyinə görə, 1 nəfər vəkil isə vətəndaşın şikayəti əsasında xaric edilib. Yəni 1 nəfər də olsun dövlət orqanlarının şikayəti əsasında xaric edilməyib. Buna görə də yayılan məlumatlar yalandır".


Baxış sayı: 482


Bölməyə aid digər xəbərlər