Bütün xəbərlər
Sumqayıt bulvarının ərazisi şimala doğru uzadılır
Tarix: 08-05-2019 14:25 | Bölmə: Reportaj

Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır.
Hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir.
Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.
Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır.
Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək.
Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.
P.S. Sumqayııt daim inkişafdadır. Bu bir sumqayıtlı kimi hamınıızı sevindirir. Bu işdə əməyi olan bütün insanlara-Başda icra başçısı Zakir Fərəcov olmaqla minnətdarlığımızı bildiririk!
Sabaha-inamla.Az


Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər