Bütün xəbərlər
Rusiyalı jurnalistin Azərbaycana həsr etdiyi kitabın təqdimatı olub
Tarix: 06-05-2019 15:47 | Bölmə: Reportaj



Bakı Kitab Mərkəzində (Baku Book Center) tanınmış rus jurnalisti, Moskva Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” (Качели над Каспием) adlı kitabının təqdimatı və imza günü keçirilib. Təqdimatda tanınmış elm və incəsənət xadimləri, dövlət rəsmiləri iştirak ediblər.
Qonaqları salamlayan M. Suvorovskaya kitabın yaranma ideyasından, gələcək planlarından danışaraq, Heydər Əliyev Fonduna, “Rossotrudnichestvo” təşkilatına, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə və Bakı Kitab Mərkəzinə təşəkkürünü bildirib.
Azərbaycan sevgisindən söhbət açan Mariya Suvorovskaya Azərbaycan mədəniyyətinə, ənənələrinə olan maraq və sevginin onu belə kitab yazmağa vadar etdiyini qeyd edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mariya Suvorovskayanın müəllifi olduğu “Xəzər üzərində yelləncək” kitabının önəmini vurğulayaraq, müəllifə Azərbaycan sevgisinin belə gözəl ifadəsindən dolayı təşəkkürünü bildirib.
Aktyorvə rejissorAleksandrGadjiyevski, “ŞeronqrupununsolistiRüstəmZeynallı müəllifitəbrikediblər, onayeniyaradıcılıquğurları arzulayıblar.
Təqdimatda, həmçininM. Suvorovskayanınsözlərinə "MənBakıylanəfəsalıram" mahnısına çəkilmiş klipnümayiş olunub (bəstəkarLesyaYaroslavskaya, aranjimançı RüstəmZeynallı). Qeyd edək ki, klipdə Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadədə çəkilib.
Təqdimatın sonunda qonaqlara M. Suvorovskaya tərəfindən imzalanmış və təşəkkür sözləri yazılmış "Xəzər üzərində yelləncək" adlı kitab təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

Onu da qeyd edək ki, Mariya Suvorovskayanın qələmə aldığı “Xəzər üzərində yelləncək” kitabı bədii üslubda qələmə alınıb. Əsərdə Bakının təsvirləri həm baş qəhrəmanın və həm də digər qəhrəmanların sevgi hekayətləri, başlarına gələn müxtəlif səpkili hadisələrin fonunda təqdim edilir.
Xatırladaq ki, AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mariya Suvorovskaya haqqında məqalə yaradılıb.
DJB-nin Mətbuat xidməti








Baxış sayı: 542


Bölməyə aid digər xəbərlər