Bütün xəbərlər
"Azərkitab"da Şuşanın işğalı ilə bağlı tədbir keçirilib-Şuşanın işğalından 27 il ötür
Tarix: 04-05-2019 16:36 | Bölmə: Reportaj

Bu gün "Azərkitab"da Şuşanın işğalı ilə bağlı tədbir keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə tədbiri giriş sözü ilə açıb. O, Şuşanın işğalı ilə bağlı ermənilərin törətdikləri vəhşilkilərdən danışıb. T.Əlizadə onuda vurğulayıb ki, döyüşçülərimiz son saatlara qədər vuruşub vətənimizi qoruyublar.
Tədbirdə Qarabağ qaziləri Zakir Cəfərov və Sənan Rüstəmov xatırlanıb, onların timsalında bütün Qarabağ qaziləri bir dəqiqəlik sükutla yad olunub.
Sonra Şuşanın işğalıyla bağlı videosüjetə baxıldı. 
Qeyd edək ki, 1992-ci il may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Günel Məmmədli
Sabaha-inamla.Az








Baxış sayı: 1 258


Bölməyə aid digər xəbərlər