Bütün xəbərlər
Məleykə Abbaszadə: DİM-in fəaliyyətində ictimai birliklərin nümayəndələrinin iştirakı vacibdir
Tarix: 02-05-2019 12:03 | Bölmə: Reportaj

                


İctimai iştirakçılıq prinsiplərinə uyğun olaraq, Dövlət İmtahan Mərkəzinin fəaliyyətində müxtəlif təşkilatların, ictimai birliklərin nümayəndələrinin iştirakının vacibdir.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi, Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin sədrləri ilə görüşündə deyib.
M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunur.
Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icracı direktoru Şahin Rəcəbov birlik haqqında məlumat verərək qeyd edib ki, assosiasiya valideyn-müəllim-şagird əməkdaşlığının genişləndirilməsi, məktəblərə dəstək, uşaqların maraqlarının qorunması və digər istiqamətlərdə fəaliyyət həyata keçirir və bu sahədə DİM-lə əməkdaşlıqda maraqlıdırlar. Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Ruhhiyə Məmmədova isə abituriyentlərə və onların valideynlərinə psixoloji dəstəyin və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsini təklif edib.
Müzakirələrin sonunda hər iki təşkilatla əlaqələrin daha da genişləndirilməsi və Dövlət İmtahan Mərkəzi tərəfindən onlara lazımi dəstəyin göstərilməsi qərara alınıb. Dövlət İmtahan Mərkəzinin əməkdaşları Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyi ilə imtahan öncəsi stresin idarə olunması, abituriyentlərin və onların valideynlərinin imtahana psixoloji hazırlığı və digər məsələlərlə bağlı keçirilən təlimlərdə iştirak edəcək və öz təcrübəsini bölüşəcək.
Həmçinin Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin valideyn və şagirdlərlər üçün Bakıda və bölgələrdə təşkil ediləcək “Məktəb ailəsi təlim-istirahət düşərgə”lərində Mərkəzin fəaliyyəti, imtahanlara hazırlıq, qəbul qaydaları haqqında məlumat vermək, valideynlərin maarifləndirilməsi işində dəstək göstərilməsi üçün DİM-in əməkdaşları da təlimlərdə iştirak edəcək.


Baxış sayı: 498


Bölməyə aid digər xəbərlər