Bütün xəbərlər
Beynəlxalq Muğam Mərkəzində milli qəhrəmanın 50 illik yubileyi keçirilib
Tarix: 30-04-2019 15:04 | Bölmə: Reportaj

Beynəlxalq Muğam Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə millət vəkili Yevda Abramov çıxış edib. O bildirib ki, Albert Aqarunov Bakıda yaşasa da əslən Quba rayonundanddır. O, hərbi xidmətini başa vursa da, düşmənlərimizin vəhşiliyinə dözə bilməyib. Müharibəyə yollanıb. Orda döyüş zamanı qəhrəmancasını həlak olub. Eləcə də onun kimi xeyli qəhrəman oğullarımız qanına qəltan olunub. Həqiqətən də Albert vətən daşı oldu. Onun kimi qəhrəman oğullar həmişə qəlblərdə yaşayacaq.
Digər çıxış edən yoldaşlar da Albert Aqarunovun keçdiyi şərəfli döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimayyət nümayəndələri, səfirlər, millət vəkilləri, qonaqlar ediblər.
Tədbirdə Alber Aqarunovun döyüş yolunu əks etdirən videosüjet nümayiş etdirilib.
Həmçinin Beynəlxalq Muğam Mərkəzinin foyesində Rəssamlar İttifaqının üzvü Ülkər Məmmədovanın Albert Aqarunova həsr etdiyi rəsm əsərlərindən və digər sənət nümunələrindən ibarət sərgi təşkil olunub.
Günel Məmmədli









Baxış sayı: 1 571


Bölməyə aid digər xəbərlər