Bütün xəbərlər
“Trump” qülləsinin yerləşdiyi küçəyə Obamanın adı verilə bilər
Tarix: 06-01-2019 00:35 | Bölmə: Reportaj



ABŞ-da Nyu-Yorkdakı “Trump Tower” qülləsinin yerləşdiyi küçəni ölkənin keçmiş prezidenti Barak Obamanın şərəfinə adlandırmaq təklifi ilə kütləvi onlayn ərizə yaradılıb.
Oxu.Az xəbər verir ki, bu haqda “The Hill” yazır.
Obamanın şərəfinə Beşinci avenyunun 56-cı və 57-ci küçələri arasındakı hissəsini adlandırmaq təklif olunur.
Qeyd edilir ki, bu halda ABŞ prezidenti Donald Tramp öz seçim qərargahının ünvanını göstərən zaman Obamanın adını qeyd etməli olacaq, belə ki, qərargahın “Trump” qülləsində yerləşəcəyi ehtimal olunur.
Bu günə qədər ərizə 12 mindən çox imza toplayıb.


Baxış sayı: 581


Bölməyə aid digər xəbərlər