Bütün xəbərlər
Etimad Əsədov vəfat edib
Tarix: 16-10-2018 12:05 | Bölmə: Reportaj

                       

Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
Azadinform xəbər verir ki, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 
1963 - cü il təvəllüdlü olan E. Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.
Allah rəhmət eləsin!


Baxış sayı: 721


Bölməyə aid digər xəbərlər