Bütün xəbərlər
Bu dairədə 7 seçki məntəqəsi etibarsız hesab edildi
Tarix: 17-02-2020 16:54 | Bölmə: Reportaj

               Bu dairədə 7 seçki məntəqəsi etibarsız hesab edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
O qeyd edib ki, araşdırmaya 35 material təqdim olunub. Ancaq onlardan 8-si orijinal olub. Araşdırmada namizədlərin iştirakı təmin olunub. MSK üzvü təklif edib ki, 1, 2, 3, 18, 35, 30, 38 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin. MSK müraciəti qismən təmin edib.


Baxış sayı: 528


Bölməyə aid digər xəbərlər