Bütün xəbərlər
Adil Əliyev: "Millət vəkili kimi 15 ildə seçicilərimə layiq olmağa çalışmışam"
Tarix: 04-02-2020 23:41 | Bölmə: Reportaj
Bu gün 20 saylı Nərimanov II seçki dairəsindən VI çağırış AR Milli Məclisinə deputatlığa namizəd Adil Əliyevin Abu Arenada seçiciləri ilə möhtəşəm görüşü olub. Adil Əliyev seçicilərinə olan sevgisini belə ifadə edib: "Əziz qardaş və bacılarım, bugünkü görüşə görə hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsınız. Son 15 ildə mənə böyük mənəvi dəstək vermisiniz. Bunu heç bir zaman unutmaram. Hər birinizlə fəxr edirəm. Məni tanıyanlar bilirlər ki, millət vəkili kimi 15 ildə seçicilərimə layiq olmağa çalışmışam. Yenidən seçilərəmsə, yenə də layiq olmağa çalışacam. Çünki dövlətimin əsgəriyəm. Bundan sonra vətənə xidmətim davam edəcək. Yaşasın şanlı və qüdrətli Azərbaycanımız!"
Sabaha-inamla.Az







Baxış sayı: 574


Bölməyə aid digər xəbərlər