Bütün xəbərlər
Biləcəridə hərbi hissədə “Gənclər Günü” qeyd edildi - Fotolar
Tarix: 01-02-2020 02:22 | Bölmə: Reportaj

                Biləcəridə hərbi hissədə “Gənclər Günü” qeyd edildi

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə FHN MMQ-nin “N” saylı hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini Zabil Əliyev, Binəqədi RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəis müavini Aydın Yusifov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi, hərbi hissənin zabit və əsgər heyəti iştirak edib.
Onlar çıxış edərək əsgərlərimizin timsalında bütün gəncləri Azərbaycan gəncləri günü münasibətilə təbrik ediblər, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanlarla təltif ediliblər.
Tədbir konsert proqramı ilə davam edib, kollektiv şəkil çəkilib.  




Baxış sayı: 868


Bölməyə aid digər xəbərlər