Bütün xəbərlər
Binəqədidə 20 Yanvarla bağlı tədbir keçirilib
Tarix: 21-01-2020 13:33 | Bölmə: Reportaj

                 Binəqədidə 20 Yanvarla bağlı tədbir keçirilib

Yanvarın 17-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatırının birgə təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü” nün 30-cu ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Aygün Əliyeva, Vüsar İsmayılov, Şuşa Dövlət Musiqili Dram Teatırının direktoru Yadigar Muradov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər İdman İdarəsinin rəisi Namiq Tarverdiyev,Aparatın şöbə müdirləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb. Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və cinayəti törədənlərin adlarının ictimaiyyətə çatdırıldığını bildirib. Natiq qeyd edib ki, ötən illər ərzində Azərbaycan dövlətinin, o cümlədən “Heydər Əliyev Fondu” nun bu faciə ilə bağlı aparıcı dünya dövlətlərinə çoxlu müraciətləri olub, Azərbaycan diasporası və xarici ölkələrdəki səfirliklərimiz tərəfindən “Qanlı Yanvar” və “Xocalı” faciələri bir çox vasitələrlə dünya ictimayyətinə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları Şuşa Musiqili Dram Teatrı tərəfindən hazırlanmış “Yanvarın iyirminci günü” adlı ədəbi bədii kompozisiyasını izləyiblər.
Yanvarın 20-də Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildiriblər.




Baxış sayı: 539


Bölməyə aid digər xəbərlər