Bütün xəbərlər
Leyla Əliyevadan daha bir xeyirxah aksiya - Fotolar
Tarix: 30-12-2019 22:37 | Bölmə: Reportaj

                 Leyla Əliyevadan daha bir xeyirxah aksiya

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb. 
Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər. 
Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.
 






Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər