Bütün xəbərlər
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüvəYeni il münasibətilə ümumrayon bayram şənliyi keçirildi
Tarix: 29-12-2019 21:37 | Bölmə: Reportaj
“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2020-ci il” münasibətilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
    Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən “Gənclər Parkı”nda keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon sakinləri iştirak etdilər. Xüsusi tərtibatla bəzədilmiş “Gənclər Parkı”nda bayram əhval-ruhiyyəsi hökm sürürdü.
       İştirakçıları salamlayan RİH-nin başçısı Vasif İmanov qeyd etdi ki, 2019-cu il Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlarla yadda qalacaq. Bu dövrdə iqtisadiyyat yüksək templə inkişaf edib. Görülən tədbirlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun ­xüsusi çəkisinin artması son nəticədə ölkənin iqtisadi və hərbi ­gücünü dəfələrlə artırıb. 
Diqqətə çatdırıldı ki, əvvəllər olduğu kimi, bu il də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması və yeni sosial obyektlərin tikintisinə dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət verilib. 
Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi.
       Natiq arxada qalan 2019-cu ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi.
Milli Məclisin V çağırış deputatıRauf Əliyev çıxış edərək bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur.
    Pirallahı sakinlərinin  böyük maraqla izlədiyi bayram tədbiri  əməkdar artistlər Elnur Süleymanov, Almaz Orucova, Günel Şeyxova, MüslümMaqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Nurlan Əzizbəyli,Rəvanə Qurbanova, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblinin ifasında konsert proqramı ilə davam etdi.
        Sonra  şaxta baba, qar qız və  nağıl  qəhrəmanları  uşaqları bayram sovqatları ilə sevindirdilər.
Sabaha-inamla.Az




Baxış sayı: 826


Bölməyə aid digər xəbərlər