Bütün xəbərlər
Zakir Fərəcov 41 saylı məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü – FOTOLAR
Tarix: 30-11-2019 20:37 | Bölmə: Reportaj


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 48-ci məhəllə ərazisində yerləşən 41 saylı məktəbdə olub, burada məktəbin kollektivi ilə görüşüb.
Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb və müəllimlərlə görüşüb.
Vurğulanıb ki, aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdirdiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.
Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün  kollektivə tövsiyələrini çatdırıb, şəhərdə görülmüş işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təkliflərini dinləyib.
Sumqayitxeber.com
        


Baxış sayı: 806


Bölməyə aid digər xəbərlər