Bütün xəbərlər
Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Tarix: 23-11-2019 15:49 | Bölmə: Reportaj

                   Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib


20-22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 70-ci iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin gündəliyinə əsasən iclasda “Əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş”in 3-cü maddəsinin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsinin formaları, həcmi və müddəti, həmçinin “Ali təhsilin tədris proqramları və əlavə peşə təhsili proqramları üzrə MDB üzv dövlətlərin gömrük xidmətləri üçün kadrların hazırlanması barədə Saziş” layihəsinin müzakirəsi aparılıb.

Eyni zamanda, iclasda MDB üzv dövlətlərin gömrük kadrlarının hazırlığı üzrə baza təşkilatının fəaliyyəti və “MDB üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat (daşıma) sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının qoyulması qaydaları haqqında Saziş” layihəsinə dair məsələlər müzakirə edilib və saziş imzalanıb.
İclas zamanı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 2020-ci il üçün İş Planının layihəsi, adıçəkilən Şuranın sədrinin seçilməsi və Katibinin təyin olunması, həmçinin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci il üçün İş Planının və adıçəkilən Komitənin sədrinin təsdiq edilməsi ilə bağlı məsələlərə baxılıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 




Baxış sayı: 501


Bölməyə aid digər xəbərlər