Bütün xəbərlər
Zakir Fərəcov sakinlərlə görüşdü, problemlərini dinlədi – FOTOLAR
Tarix: 09-11-2019 17:54 | Bölmə: Reportaj


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 42-ci məhəllə ərazisində keçirib.
Görüşdə vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib.
Şəhər rəhbəri qeyd edib ki, görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür. Bunun nəticəsində bir neçə il öncə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər demək olar ki, yoxdur.
Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, məhəllədaxili yolların asfaltlanması, nümunəvi məhəllələrin salınması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıt şəhərində son dövrlər görülən işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
  Sumqayitxeber.com
            


Baxış sayı: 849


Bölməyə aid digər xəbərlər