Bütün xəbərlər
"Azərkitab"da Xumar Qədimovanın “Neylərəm” adlı klipinin insanlar tərəfindən necə qarşılanmasının təqdimatı keçirilib
Tarix: 02-11-2019 12:34 | Bölmə: Reportaj
                       
                     
                
"Azərkitab"da əməkdar artist Xumar Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Neylərəm” adlı klipinin insanlar tərəfindən necə qarşılanmasının təqdimatı keçirilib. 
Müğənnni-bəstəkar tədbirdən əvvəl media nümayəndələrinin suallarına cavaf verərkən bildirib ki, bir həftəyə yaxındır bu klipi sosial şəbəkədə yayılıb, sadəcə bu klipə ziyalıların münasibətini öyrənmək üçün təqdimata ehtiyac duyublar:
"bu tədbirin keçirilməsi ilə bağlı istək ziyalılar, şəxsən Əflatun Amaşov tərəfindən gəldi. Mən Hüseyn Cavid, Almas İldırım, Xəlil Rza Ulutürk, Məmməd Araz şeirlərinə müraciət etmişəm. Bunlar arasında necə Nəsimi olmasın? Mütləq onun yaradıcılığına müraciət etməli idim. Mən bu layihəyə başlayanda yaratmaq istədim. Yaratmaq lazımdır ki, sevilsin. Müğənni oxumalı deyil, yaratmalıdır. Bunu yaradanda bilirdim ki, seviləcək. Çünki ora ürək qoymuşam, sözlərlə yaşamışam ”. 
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcid klip haqqında məlumat verib. Sonra sözgedən klip tədbir iştirakçılarına nümayiş etdirilib.

Daha sonra xalq şairləri Nəriman Həsənzadə, Ramiz Rövşən, millət vəkili Aqil Abbas və başqa ziyalılar təqdim olunan klipə öz münasibətlərini bildiriblər. 
Kamran Orucov
Sabaha-inamla.Az
                             
                           

                              










Baxış sayı: 1 009


Bölməyə aid digər xəbərlər