Bütün xəbərlər
Ceyhun Cəfərov Topalhəsənli kəndində səyyar qəbul keçirib - Foto
Tarix: 31-10-2019 14:21 | Bölmə: Reportaj

                   Ceyhun Cəfərov Topalhəsənli kəndində səyyar qəbul keçirib


Oktyabrın 31-də rayonun Topalhəsənli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur. Rayon rəhbəri vurğulayıb ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır ki, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edəcək.
Kənd sakinləri istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsini, kəndarası yolların təmirini, içməli su təminatı, kəndin zinə suyunu axıdan kanalın lildən təmizlənməsi, sosial müdafiə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət ediblər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.





Baxış sayı: 642


Bölməyə aid digər xəbərlər