Bütün xəbərlər
​Musiqişünas-alim Seyran Qafarova həsr olunmuş anım tədbiri keçirilib
Tarix: 17-10-2019 09:36 | Bölmə: Reportaj


   Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda istedadlı musuqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, xalq artisti, professor Firəngiz Əlizadə açıb.
                         
Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, "Seyran Qafarovun elmi yaradıcılıq fəaliyyəti", əməkdar müəllim, professor Ülviyyə İmanova "Seyran Qafarovun pedaqoji fəaliyyəti haqqında",  geologiya və minerologiya elmləri doktoru Rahid Rəhmanov "Seyran Qafarov-Səadət Abdullayevanın elmi ənənələrinin davamçısı kimi", BMA-nın dissertantı Nərgiz Qulamova "Seyran Qafarovun həyat yoluna bir baxış", Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin baş müəllimi Raya Abbasova "Seyran Qafarovun Türkiyədəki elmi-pedaqoji fəaliyyəti",BMA-nın baş müəllimi Ariz Əbdüləliyev "Seyran Qafarov haqqında düşüncələrim" adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə  xalq artisti Munis Şərifovun bədii rəhbəri və konsertmeysteri olduğu Qədim Musiqi Alətləri Dövlət Ansanblının ifasında "Hüseyni Bəstə", " Çahargah" rəngi və məşhur Azərbaycan , dünya  bəstəkarlarının musiqisi səslənib.    
Sonda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor  Zemfira Qafarova mərhum oğlu Seyran Qafarov haqqında ürək sözlərini deyib və tədbiri təşkil edənlərə, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Qeyd: Tədbirdə  49 yaşında dünyasını dəyişmiş Seyran Qafarovun həyat və yaradıcılığına həsr olunmuş, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin elmi redaktoru olduğu, yenicə çapdan çıxmış kitab paylanıb.
Namiq MƏMMƏDLİ







Baxış sayı: 776


Bölməyə aid digər xəbərlər