Bütün xəbərlər
Sumqayıtda “Biz müstəqilik!” adlı möhtəşəm flaşmob keçirildi
Tarix: 16-10-2019 22:52 | Bölmə: Reportaj
18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə Sumqayıtşəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Heydər Əliyev Mərkəzinin qarşısında yüzlərlə gəncin iştirakı ilə “Biz müstəqilik!” adlı flaşmob keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müxtəlif sahələri təmsil edən gənclər, idman ictimaiyyətinin nümayəndələrivə şəhər sakinləri iştirak edib.
Flaşmobun keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, müstəqillik tariximizin qeyd edilməsi, Dövlət atributlarına olan məhəbbət hissinin gücləndirilməsi, şəhərimizin əsrarəngiz simasının təbliği və bu sahədə həyata keçirilən işlərin daha geniş auditoriyaya çatdırılmasıdır.
                           
Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Dövlət Müstəqillik gününün tarixindən, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin özü ilə bərabər Azərbaycan dövlətinə siyasi müdriklik gətirməsindən, bu gün isə Ulu Öndərin müəyyənləşdirdiyi milli strategiyanın layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanda dövlət quruculuğunun yeni mərhələsindən, regionların o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafından danışmışdır. Qeyd edildi ki, bütöv Azərbaycan gəncliyinin fonunda Sumqayıt gəncləri də ölkəmizin inkişafı istiqamətində görülən işlərdə və müstəqilliyimizin qorunub saxlanmasında ölkə rəhbərinin ətrafında sıx birləşmiş və ona dəstəyini daima nümayiş etdirmişdir.
Sonra vahid formalı geyimdə olan yüzlərlə gəncəllərindəki göy, qırmızı, yaşıl rəngli lövhələrlə “Biz müstəqilik!” yazısını canlandıraraq flaşmob təsvirini reallaşdırmışlar.
Flaşmobu izləməyə gəlmiş tamaşaçılar əllərindəki bayraq və şarlarlatədbirə xüsusi rəng qatdılar.
Şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan tədbir bayrağımıza, dövlətçiliyimizə, vətənimizə olan sevginin və qürurun bariz nümunəsidir.
Sabaha-inamla.Az









Baxış sayı: 696


Bölməyə aid digər xəbərlər