13:33 / 20-04-2024
Cavanşir Məmmədov vəfat etdi
12:21 / 20-04-2024
Deputat İvlev: "Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələri NATO tərəfindən planlaşdırılıb"
12:16 / 20-04-2024
Mağaza sahibini şahidlərin gözü qarşısında güllələyib
12:12 / 20-04-2024
Moskvada keçirilən MMA turniri kütləvi dava ilə başa çatıb
12:05 / 20-04-2024
Soçidə şortikli turisti qarlı yamacdan xilas etmək 8 saat çəkib
12:00 / 20-04-2024
Ukraynanın qərbində hərbi geyimli şəxslər nəzarət-buraxılış məntəqəsində bir polisi güllələyiblər
23:47 / 19-04-2024
“İzvestiya”nın hərbi müxbiri Semyon Eremin Şimal Hərbi Dairə zonasında ölüb
23:25 / 19-04-2024
Uspenskayanın direktoru müğənninin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib
23:18 / 19-04-2024
Üç İsrail raketi İraq ərazisinə düşüb
23:11 / 19-04-2024
"Monako"nun baş məşqçisi Hütter: "Qolovin əsas oyunçudur"
23:05 / 19-04-2024
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
22:58 / 19-04-2024
Finlandiyanın Baş naziri və AK rəhbəri rusdilli sakinlərlə ünsiyyətə vaxt tapmadı
22:50 / 19-04-2024
"Üç balina" ticarət kompleksinin təsisçisi Sergey Zuev vəfat edib
22:38 / 19-04-2024
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
22:30 / 19-04-2024
UEFA "Aston Villa"nın qapıçısı Martinesi Konfrans Liqasından kənarlaşdırıb
22:23 / 19-04-2024
Rusiya hökuməti dost olmayan ölkələrdən gələn pivə üçün gömrük rüsumlarını artırıb
22:01 / 19-04-2024
Fövqəladə Hallar Nazirliyi moskvalılara güclü küləklə bağlı xəbərdarlıq edib
21:54 / 19-04-2024
ABC: İsrail İrandakı nüvə obyekti yaxınlığında hava hücumundan müdafiə radarını vurdu
12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb
Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə xatirəsi anılıb (FOTO)
Tarix: 10-10-2019 12:34 | Bölmə: Reportaj
Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.
Trend-in məlumatına görə, bu münasibətlə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Gülçöhrə Məmmədova, Səhiyyə naziri Oqtay Şirəliyev II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Aida İmanquliyeva kimi dəyərli bir ziyalının vaxtından tez dünyasını dəyişməsi həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də ümumilikdə Azərbaycan elmi üçün böyük itki olub: “Aida xanım kimi şərqşünaslıq sahəsində öz sözünü deyən, elmi fəaliyyəti ilə tanınan Azərbaycan qadınının olması çox böyük nailiyyətdir. Aida xanım Azərbaycan elminə çox böyük töhfələr verib. O, tanınmış alim olmaqla yanaşı, çox gözəl bir pedaqoq idi. Aida xanım böyük bir məktəb yaratdı və bu gün də onun davamçıları var”.
A.İmanquliyevanın Azərbaycanda ilk qadın-ərəbşünas elmlər doktoru olduğunu xatırladan H.Hüseynova qeyd edib ki, dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə "Mixail Nuaymə və Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyaları və 70-dən artıq elmi məqalə həsr edib. Onun rəhbərliyi ilə şərq filologiyası üzrə toplular və ərəb ədəbiyyatı nümunələrinin tərcümələrindən ibarət kitablar işıq üzü görüb.
Komitə sədri bildirib ki, Aida xanım tanınmış bir alim olmaqla yanaşı, gözəl ana, həyat yoldaşı və nənə idi: “Çox təəssüf olsun ki, Azərbaycanda elm sahəsində bunların hamısını özündə birləşdirən çox az sayda qadın var. Biz ona çox minnətdarıq, bu minnətdarlıq təkcə onun elmi fəaliyyətinə görə deyil, həm də ona görədir ki, Aida xanım bizim cəmiyyət, ölkəmiz üçün iki gözəl xanım bəxş edib və bu gün onlar Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Bir ailədə öz elmi və ictimai fəaliyyətləri ilə tanınan xanımların olması doğrudan da Azərbaycanın fəxridir. Onların hər biri bu gün öz sahəsi üzrə fəaliyyət göstərərək Aida xanımın davamçısı olduğunu bir daha göstərirlər. Nərgiz xanım şərqşünaslıq elmi üzrə fəaliyyət göstərməsə də, məşğul olduğu elm sahəsində öz sözünü deyə bilmiş bir akademikdr. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında saatlarla danışmaq olar. Bütün bunlar onların Aida xanımdan tərbiyə almasının nəticəsidir. Bu gün bir çox gənc qızlar onlardan nümunə götürərək formalaşır, inkişaf edirlər. Biz onlara daim minnnətdar olacağıq, Aida xanıma isə Allahdan rəhmət diləyirəm, qəbri nurla dolsun. O, daim ürəyimizdə yaşayacaq”.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru Nailə Vəlixanlı Aida İmanquliyeva haqqında daim xoş sözlərin deyilə biləcəyini vurğulayıb: “Biz onun ölümünə bu gün də heyfsilənirik. Biz alimlə yanaşı, bir dost, bir həmkar itirmişik. Ərəb ədəbiyyatını onun kimi bilən bəlkə də çox az insan var. O, özündən sonra çox gözəl elmi əsərlər, gözəl övladlar qoyub getdi”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycanda alim qadınların sayı çoxdur və onların sayı gündən-günə artır. Amma o dövrdə Aida xanım qədər beynəlxalq səviyyədə tanınan, öz elmi əsərləri ilə beynəlxalq elm aləminə səs salan ikinci bir qadın tapmaq çətin olardı: "Aida İmanquliyevanın ərəb-məhcər ədəbiyyatına həsr etdiyi tədqiqatları bu gün də öz aktuallığını itirməyib. Onun tədqiqat obyektləri bu gün də böyük maraq doğurur. Onlardan əxz olunan ideyaları inkişaf etdirən çoxsaylı tədqiqatlar mövcuddur”.
G.Məmmədova Aida İmanquliyevanın Azərbaycanın gənc alim qadınları üçün bir örnək olduğunu da söyləyib: “O, həm çox ağıllı, qürurlu qadın kimi, həm də həyatında elmə çox böyük diqqət ayıran insan kimi qadın alimlərimiz üçün bir örnəkdir. Aida xanım elmlə məşğul olsa da, ailəsini heç zaman diqqətdən kənarda qoymayıb. O, öz övladlarına lazımi qədər ana qayğısı göstərən bir qadın olub. Çox təəssüf ki, belə bir insanın ömrü bu qədər qısa oldu”.
Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Üç monoqrafiya ("Mixail Nuaymə və Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Baxış sayı: 741
Bölməyə aid digər xəbərlər

- MƏQALƏDƏ:
- Aida İmanquliyeva
Baxış sayı: 741
Bölməyə aid digər xəbərlər
16-04-2024, 12:35
Sumqayıtda şəhidə həsr olunmuş “Bir ovuc torpağa sevgi “ adlı xatirə gecəsi keçirildi-VİDEO+FOTOLAR
1-04-2024, 15:30
Şəhid Abdulla Əhmədovun şərəfinə iftar süfrəsi-VİDEO+FOTOLAR
25-03-2024, 21:46
Şəhid ailələri iftar süfrəsində-VİDEO+FOTOLAR
23-03-2024, 18:43
Şəhidin həyat yoldaşı iftar verdi-VİDEO+FOTOLAR
17-03-2024, 22:20
Məktəblilər şəhid Tacəddin İsmayılzadənin məzarını ziyarət ediblər
13-03-2024, 16:40
Şəhid Rüfət Mustafayevin mövludu keçirilib-VİDEO+FOTOLAR
11-03-2024, 00:32
Sumqayıtda şəhid Abdulla Əhmədovun mövludu qeyd olunub-VİDEO+FOTOLAR
23-02-2024, 20:00
Bakıda Azərbaycan və Türkiyə gəncləri arasında "Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq" forumu keçirilib
21-01-2024, 00:40
Sumqayıt Cümə Məscidində 20 yanvar Günü münasibətilə tədbir keçirilib-VİDEO+FOTOLAR
12-01-2024, 01:45
Laçın məktəbində kəşfiyyatçı şəhidin mövludu keçirilib-VİDEO+FOTOLAR
10-01-2024, 21:12
Şəhidin 55 illiyinə həsr olunan xatirə gecəsi keçirib-VİDEO+FOTOLAR
3-01-2024, 00:56
Sumqayıtda Polad Həşimovun mövludu qeyd olunub-VİDEO+FOTOLAR
26-11-2023, 18:14
Sumqayıtda Aydın Əliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
21-11-2023, 21:08
Şəhidin mövludu keçirilib
15-11-2023, 23:20
Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2023, 21:04
Rəhman Məmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
12-11-2023, 14:34
Mədəniyyət Mərkəzində baş leytenant Elvin Zakirovun anım günü keçirilib-VİDEO+FOTOLAR
10-11-2023, 23:01
Elgün Abbaslının anım günü keçirilib-VİDEO+FOTOLAR
10-11-2023, 00:55
Şəhid Qubad Əliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
8-11-2023, 21:59
Şəhid Məhəmmədəli Həsənzadənin anım günü keçirilib-VİDEO+FOTOLAR
7-11-2023, 23:03
Şəhid Elnur Allahverdizadənin anım günü keçirilib-VİDEO+FOTOLAR
30-10-2023, 23:04
Şəhid kəşfiyyatçı mayor, "Qarabağ" ordenli Taleh Kərimovun anım günü keçirilib-VİDEO+FOTOLAR
29-10-2023, 22:30
Şəhid polis ı Asim Camalzadənin qırx mərasimi keçirilib-VİDEO+FOTOLAR
27-10-2023, 23:11
Sumqayıtda keçirilən şəhid tədbirlərindən-VİDEO+FOTOLAR
24-10-2023, 22:04
XTQ-nin baş giziri Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
24-10-2023, 15:28
Şəhid leytenant Ülvi Məhərrəmovun anım günü-VİDEO+FOTOLAR
22-10-2023, 22:44
Şəhid Kərbəlayi Sərxan Əliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
22-10-2023, 00:31
Sumqayıtda keçirilən şəhid tədbirlərindən-VİDEO+FOTOLAR
20-10-2023, 00:12
Şəhid Saleh Nuriyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
16-10-2023, 23:23
Şəhid Elmar Nəsibovun anım günü-VİDEO+FOTOLAR
15-10-2023, 16:38
Sumqayıtda şəhid Əbil Cəbizadənin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-10-2023, 18:30
Şəhid Rüfət Mustafayevin anım günü keçirilib.-VİDEO+FOTOLAR
13-10-2023, 09:55
Şəhid baş leyetenant Mikayıl Məmmədzadənin mövludu-VİDEO+FOTOLAR
11-10-2023, 23:29
Baş leytenant Hüseyn Nəcəfzadənin mövludu keçirilib-VİDEO+FOTOLAR
8-10-2023, 19:59
Sumqayıtda "Qarabağ" ordenli, kəşfiyyatçı baş gizir Mehman Yusifovun anım günü keçirilib
7-10-2023, 16:41
Üçüncü xeyriyyə tədbiri oldu-VİDEO+FOTOLAR
5-10-2023, 22:37
Sumqayıt Cümə Məscidində xeyriyyə tədbiri keçirilib-VİDEO+FOTOLAR
5-10-2023, 21:19
Şəhid Abdulla Əhmədovun anım günündən-VİDEO+FOTOLAR
4-10-2023, 00:29
Şəhid kəşfiyyatçı Niyaməddin Ələkbərovun anım günü-VİDEO+FOTOLAR
3-10-2023, 00:30
Şəhid mayor Rahib Babayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
29-09-2023, 12:21
Şəhid Cəsarət Ziyadov dəfn olundu - Fotolar
28-09-2023, 01:15
Sumqayıtda Anım Günü qeyd olunub-VİDEO*FOTOLAR
22-09-2023, 23:52
Şəhid Zamin Abbasov Sumqayıtda dəfn olundu-VİDEO+FOTOLAR
21-09-2023, 15:25
Milli ordunun şəhid baş leyetenantı dəfn olundu-VİDEO+FOTOLAR
21-09-2023, 04:55
Sumqayıtda şəhid polislər dəfn olundu-VİDEO+FOTOLAR