Bütün xəbərlər
Səbail rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub - FOTO
Tarix: 04-10-2019 18:58 | Bölmə: Reportaj

             Səbail rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub - FOTO

Oktyabrın 4-də Səbail Rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq müəllimlər günü” ilə bağlı tədbir keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən görüşdə RİHB-nın müavinləri, rayon ümumtəhsil məktəblərinin direktorları və bir qrup müəllim iştirak ediblər. Tədbirdə çıxış edən V.Zeynalov müəllimləri “5 oktyabr - Beynəlxalq  Müəllimlər Günü” münasibətilə təbrik edib. O qeyd edib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub: “Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilib, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilib, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırıb”.  
İcra başçısı qeyd edib ki, 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul olmuş Səbail rayonu üzrə məzunların 54 nəfəri 600 və 600-dən yuxarı bal toplayıb. Bunun böyük nailiyyət olduğunu qeyd edən V.Zeynalov yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunların sayının ilbəil artmasının sevindirici hal olduğunu və bunda müəllimlərin əvəzsiz rolunun olduğunu vurğulayıb.
Ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Səbail rayonunda bir çox ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilərək şagird və müəllimlərin ixtiyarına verildiyini xatırladan icra başçısı qeyd edib ki, bütün bunlar da təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Tədbir zamanı 160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova, 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova və digər tədbir iştirakçıları çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd ediblər.
Tədbirdə pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.































Baxış sayı: 632


Bölməyə aid digər xəbərlər