Bütün xəbərlər
"Azərkitab"da unudulmaz mugam ifaçısı Səxavət Məmmədovun xatirə günü keçirilib
Tarix: 29-09-2019 23:18 | Bölmə: Reportaj


Muğamlarımız bizim milli sərvətimizdir

Sentyabrın 29-da “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə "Azərkitab" Kitab Təbliğatı Mərkəzində unudulmaz mugam ifaçısı olmuş, Səxavət Məmmədovun xatirə günü keçirilib. Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək ictimai birliyinin prezidenti Tofiq Əlizadə dedi:"biz bu gün Azərbaycan musiqi mədəniyyəti və muğam ifacılığı tariximizdə özünə məxsus yer tutmuş, unudulmaz xanəndəmiz Səxavət Məmədovun xatirə tədbirinə toplaşmışıq. Hamınıza məlumdur ki, Səxavət Məmmədov 1991-ci il sentyabr ayının 30-da avtomobil qəzası nətisəsində yaxın dostları ilə həlak olmuşlar. Allah onlara rəhmət eləsin. Yaşasaydı bir aydan sonra onun 66 yaşı olardı. Azərbaycan musiqi mədəniyyəti və muğam ifaçıılıq məktəbinin görkəmli nümayəndələrindən biri də unudulmaz xanəndəmiz olan Səxavət Məmmədov 23 oktyabr 1953-cü ildə Qarabağın cox məşhur kəndlərindən biri olan Abdal-Gülablı kəndındə anadan olmuşdur.Qəribədir ki, bu balaca kənd Azərbaycan cəmiyyətinə cox məhşur səxslər bəxş etmişdir. Səxavət Məmmədov cəmi 37 il yaşadı və onun muğam sənəti ilə baglı 20 il ( 1971 -1991) fəaliyyəti olsada,amma özündən sonra bir muğam dünyası həmdə ki, özünə məxsus bir insani dünya
                               
qoyub bu həyatı tərk etdi.Səxavət Məmmədov həlak olanda biz hələ də sovetlər birliyində yasayırdıq. Yaşasaydı 18 gündən sonra 1991-ci ildə o da bizlər kimi Azərbaycanının dövlət müstəqilliyinin elan olunması gününü görəcək idi. Bu illər ərzində istedadlı xanəndə Səxavət Məmmədovun əziz xatirəsi ilə bağlı rəsmi olaraq bir cox tədbirlər təşkil olunmuşdur.Bu tədbirlərdə öncədən tərtib olunmuş ssenari əsasında orada iştirak edən xananəndələr canlı ifalar edirdilər.Amma mən düşündüm k,i bugünkü tədbirdə biz ancaq unudulmaz xanəndəmizin öz səsinə qulaq asaq və onun haqqında böyük muğam sənətkarlarımızın xatirələrini dinləyək".Sonra Səxavət Məmmədova həsr olunmu videofilmə baxış oldu. Daha sonra cıxış edənlər- xalq artisti , tarzən Möhlət Müslümov,"Azərkitab" Kitab Təbliğatı Mərkəzinin direktoru Sabir Həsənov, ziyalılardan Rafiq Hacıyev, Şahlar Şuşalı, Azərbaycanın əməkdar artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetitinin dosenti Azad Şükürov, Kamran Orucov, Etibar Əliyev oununla bağlı olan xatirələrindən danışaraq ona allahdan rəhmət dilədilər.
"Qarabağ" ansanbılında qarmon ifacısı olmuş Vaqif Əliyev Səxavət Məmmədovla bir yerdə verdikləri konsert proqramlarından və dostluq xatirələrindən geniş danışdı. Səxavət Məmmədovun qardaşı respublikanın əməkdar artisti Firuz Səxavət qardaşının xatirəsini belə əziz tutduqları ücün təşkilatın prezidenti Tofiq Əlizadəyə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
TədbirSəxavət Məmmədovun 30 il öncə oxuduğu Qarabag şikəstəsi ilə başa çatdı. Allah Səxavət Məmmədova rəhmət eləsin!
Kamran Orucov
Sabaha-inamla.Az
















Baxış sayı: 1 130


Bölməyə aid digər xəbərlər