Bütün xəbərlər
Sumqayıtda gənclərin “Azərkimya” İstehsalat Birliyinə ekskursiyası keçirildi
Tarix: 25-09-2019 11:25 | Bölmə: Reportaj

24sentyabr 2019-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinintəşkilatçılığı iləmüxtəlif sahələri təmsil edən gənclərin “Azərkimya” İstehsalat Birliyinə ekskursiyası keçirildi.
İştirakçılar ilk öncə “Azərkimya” İstehsalat Birliyinin balansında fəaliyyət göstərən “Kapital Bank” arenayagələrək stadionla tanış oldular və stadionuntamaşaçılar üçün yaradılmış izləmə yeri, futbolçuların soyunub geyinmə otağı, texniki otaqlara baxış keçirdilər.
Sonra gənclər “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda oldular. Müəssisənin məsul işçiləri tərəfindən təhlükəsizlik barədə təlimatlandırıldıqdan sonra zavodun ərazisinə daxil olan gənclər istehsalat prosesi ilə, oradakı qurğular, avadanlıqlarla yaxından tanış oldular. Ekskursiya bələdçisi müəssisənin yaranma tarixindən danışaraq qeyd etdi ki, bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.Bildirildi ki, son illərdə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Mütəmadi olaraq həyata keçirilən modernizasiya işləri nəticəsində köhnəlmiş avadanlıqların daha müasir avadanlıqlarla əvəzlənməsi, texnoloji prosesin nəzarət-ölçü sisteminin modernləşdirilməsi, layihə gücünün artırılması, yeni xammal növlərinin - qaz fraksiyalarının tətbiqinin genişləndirilməsi işlərinin icrasınanail olunub.
“SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində olan gənclərə mərkəzin fəaliyyəti, mövcud kurslara qəbul qaydaları ilə bağlı məlumat verildikdən sonra tədris prosesini izləmək üçün təlim-tədris otaqlarına baxış keçirildi.
Daha sonra gənclər Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqdan sonra ekskursiya barədə təəssüratlarını bölüşdülər. Çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov dövlət gənclər siyasətindən, gənclərə yaradılan şəraitdən, Sumqayıtın sürətli və dinamik inkişafından, aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən danışdı. Bildirildi ki, şəhərimizin 70 illik yubileyi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planı uğurla icra olunmaqdadır.
Ekskursiya təşkil olunan zavod və müəssisələrdə iştirakçılarla xatirə şəkilləri çəkdirildi.
Sabaha-inamla.Az









Baxış sayı: 853


Bölməyə aid digər xəbərlər