19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
Rövnəq Abdullayev ağac əkdi - Fotolar
Tarix: 18-09-2019 00:20 | Bölmə: Reportaj


Rövnəq Abdullayev ağac əkdi

Bu gün, gələn həftə keçiriləcək BMT-nin İqlim Dəyişikliyinə dair Sammiti ərəfəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və BP şirkəti iqlim dəyişikliyi ilə mübarizə aparmaq və sənaye sektorlarının ətraf mühitə təsirini azaltmaq məqsədilə, ağacəkmə kampaniyasına dəstək üçün bir araya gəliblər. 
"Qafqazinfo" xəbər verir ki, ARDNŞ tərəfindən başladılan və 25 hektarlıq torpaq sahəsində 30,000 ağacın əkilməsini nəzərdə tutan ağacəkmə kampaniyası Bakının ən az yaşıllığı olan, halbuki sənaye yükü olduqca çox olan qəsəbələrindən biri - Qaradağı yeni meşə massivinə çevirəcək.
Ağacəkmə mərasimində BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, ARDNŞ-nın Prezidenti Rövnəq Abdullayev, ARDNŞ-nın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzə regional prezidenti Qari Cons iştirak ediblər. 
Ağacəkmə kampaniyası 20 sentyabr tarixində qeyd ediləcək Neftçilər Günü, eyni zamanda hasilat bölgüsü ilə bağlı tarixi sazişin – Azərbaycanı dünyanın strateji enerji mərkəzinə çevirmiş, xarici neft şirkətləri konsorsiumu arasında bağlanan Əsrin Müqaviləsinin imzalanmasının 25 illiyi ərəfəsində keçirilir.





Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər