Bütün xəbərlər
Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi keçirilib
Tarix: 12-09-2019 20:52 | Bölmə: Reportaj


                           

Yasamal rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi açılıb.
Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin rəhbəri, Xalq rəssamı Arif Hüseynov, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

                       

Sərgidə çıxış edən E.Özoral belə deyib: «Bu gün Türkiyədən gələn qazilər də bizimlədir. Türkiyə və Azərbaycan eyni dinə, eyni dəyərlərə malik dövlətlərdir. Bu iki ölkənin əhalisi bir-birinə çox bağlıdır. Tarixdə bu bağlılığı sübuta yetirən çox hadisələr baş verib. 101 il öncə də Nuru Paşanın Bakıya gəlişi bir daha „bir millət, iki dövlət“ cümləsinin mənasını əməli yol ilə nümayiş etdirdi. Bu gün Azərbaycanda 14 şəhid məzarlığı var. Bu millətin Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderləri olub. Qafqaz İslam Ordusunun xatirəsi bizim qəlbimizdə əbədiləşdirilib. Həmişə biz bu müqəddəs günü qəlbimizdə əziz tutacağıq. Bizim üzərimizə düşən əsas vəzifələrdən biri də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi tarixi unutmamağımızdır».

                           

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin rəhbəri, Xalq rəssamı Arif Hüseynov çıxış edərək Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin tarixindən danışıb.

                       

Elnurə və Aygün İsgəndərovanın kuratoru olduğu sərgidə Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən bəhs edən rəsm əsərləri nümayiş olunub. Ümumilikdə, sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssam 40-a yaxın rəsm əsəri yer alıb.
Sonda sərgidə əsərləri nümayiş olunan iştirakçılar diplomla təltif olunublar. (Report.az)

Kamran Orucov
Sabaha-inamla.Az
Film Etibar Əliyevə məxsusdur
















































Baxış sayı: 1 159


Bölməyə aid digər xəbərlər